AZ

Sergey Rebrov: “Fasilədə futbolçulara qışqırmadım”

“Bu qələbə komanda və ölkəmiz üçün çox vacib idi”.

İdman.biz xəbər verir ki, bunu Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov deyib.

Təcrübəli mütəxəssis fasilədə futbolçulara qışqırmadığını bildirib: “Fasilədə onlara qışqırmadım, futbolçulara ikinci hissədə vəziyyəti dəyişə biləcəyimizi dedim. Lazımi səviyyədə pressinq etmirdik. Qola görə narahat olamamağa və irəli getməyi bildirdim. Şadam ki, ikinci oyunda reaksiya göstərib qələbə qazana bildik”.

Rebrov Rumıniya (0:3) ilə oyundan sonra qapıçı dəyişikliyinə də izah verib. O, Anatoliy Trubinin Almaniya (0:0) ilə yoldaşlıq görüşündə özünü yaxşı tərəfdən göstərdiyini və əsas heyətdə oynamağa layiq olduğunu deyib.

Qeyd edək ki, Ukrayna Slovakiya ilə qarşılaşmada hesabda geri düşsə də, fasilədən sonra 2 qol vuraraq qələbə qazanıb (2:1).

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
idman.biz

3Mənbələr