AZ

Bu üç ölkə böyük İskəndərin mirasını bölüşə bilmir: Diplomatik qalmaqal

Bu üç ölkə böyük İskəndərin mirasını bölüşə bilmir: Diplomatik qalmaqal

Yunanıstan, Şimali Makedoniya və Bolqarıstan Makedoniyalı İskəndərin mirasını bölüşə bilmir.

Publika.az xəbər verir ki, Yunanıstan torpaqlarında doğulan Makedoniyalı İskəndərin Şimali Makedoniya ilə o qədər də əlaqəsi yoxdur. Lakin bu torpaqlarda tapılan imperiya dövrünə aid əsərlər paytaxt Skopyeni bu irsi qorumağa təşviq edir. Bolqarlar isə Skopye küçələrindəki bəzi heykəllərin bolqar personajlarına aid olduğunu iddia edirlər.

Skopyenin mərkəzi meydanında at üstündə Makedoniyalı İsgəndərin heykəli ucalır. Lakin əsl problem sərgilənən tarixin başqa ölkələr tərəfindən mənimsənilməsidir. Keçmişin kimə məxsus olması ilə bağlı müzakirələr Şimali Makedoniyanın Avropa Birliyinə daxil olmasını əngəlləmək kimi ciddi problemlər yaradır.

Yunanıstan Makedoniyanın NATO və Avropa Birliyinə daxil olmasına mane olacağına söz verib. Makedoniya Milli Birlik Partiyasının sədr müavini Timko Mucunski "Bu, bizim uydurduğumuz saxta tarix deyil" deyərək qərarlı olduğunu bildirib.

O, hökumət ölkənin adından "şimal" sözünü çıxarmaq istədiyinə işarə edərək Yunanıstanı qəzəbləndirib. May ayında yeni seçilən prezidentin ölkəni Makedoniya adlandırmasından sonra Yunanıstan səfirini geri çağırmalı olmuşdu.

Qeyd edək ki, eramızdan əvvəl 336-323-cü illərdə qədim Makedoniya kralı olan Makedoniyalı İskəndər tarixin ən böyük sərkərdələrindən biri hesab olunur. O, 20 yaşında taxta çıxıb və 30 yaşında Yunanıstandan Şimal-Qərbi Hindistana qədər uzanan nəhəng bir imperiya yaradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
sonxeber.az

1Mənbələr