AZ

Uçot dərəcəsi dəyişməz qaldı - Sərfəli kredit faizləri GÖZLƏNİLİR? 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.


Bu barədə AMB məlumat yayıb.


Bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub. İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir.


Bu qərar 24 iyun 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyul ayının 31-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.


Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az" target="_blank">Referans.az-a açıqlamasında AMB-nin bu qərarının mahiyyəti haqqında danışıb.




“Uçot faiz dərəcəsinin dəyişməməsi birbaşa inflyasiyanın stabilləşməsi, eləcə də, makroiqtisadi stabilliyin qorunub saxlanılması ilə bağlıdır. Belə ki, əvvəlki dövrlərdə Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin azaldılması inflyasiya dərəcəsində müşahidə edilən azalmalarla bağlı idi. Amma artıq biz inflyasiya dərəcəsinin rəsmi statistikada stabilləşməsini müşahidə edirik. Bu da Mərkəzi Bankın uçot dərəcəsini müəyyənləşdirməsinə təsir edir. Eyni zamanda təbii ki, Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirən zaman tədiyyə balansı və sektora təsir edən xarici amilləri də nəzərə alır”.


Deputat bildirib ki, hazırda FED daxil olmaqla, xarici ölkələrin bankları tərəfindən uçot dərəcəsinin stabil saxlanılması siyasəti həyata keçirilir. Xarici faktorlar da uçot dərəcəsinin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir.


“Mərkəzi Bankın əsas hədəflərindən biri kredit faizlərinin aşağı endirilməsidir. Həyat sığortasından istifadə olunmasının tövsiyə edilməsi və kredit mənbələrinin xərcinin azladılması ilə bağlı siyasət kredit faizlərinə təsir göstərə bilər. Təbii ki, inflyasiya səviyyəsi orta və uzunmüddətli dövrdə stabil qalırsa, bu istehlak kreditləri üzrə faiz dərəcələrinin azalmasına gətirib çıxara bilər”.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
referans.az

1Mənbələr