AZ

Bu ilk dəfə Naxçıvanda müəllimlərin sertifikasiya imtahanı keçirilib

Naxçıvanda keçirilən riyaziyyat müəllimlərinin sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk seansı artıq yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, imtahanda iştirak edən 38 müəllimin 15-i (39,5 faizi) 51 bal və daha yuxarı bal toplayıb.

Region üzrə imtahanda müəyyən olunmuş bal həddini keçməyən müəllim yoxdur.

Xatırladaq ki, bu ilk dəfə Naxçıvanda müəllimlərin sertifikasiya imtahanı keçirilib.

Seçilən
136
1
tehsil.biz

2Mənbələr