AZ

Gürcüstana qarşı yeni sanksiyalar gəlir

Avropa İttifaqı (Aİ) Gürcüstanda qəbul edilən “xarici agentlər” haqqında qanun layihəsinə görə hər iki tərəfdən yüksək rütbəli məmurların səfərlərini qadağan etməyi nəzərdən keçirəcək.

 

Oxu24.com xəbər verir ki, bu barədə  Euractiv agentliyi yazır.


Nəşr bununla bağlı xüsusi təklifləri özündə əks etdirən sənəd dərc edib.

 

Sənəddə qeyd edilir ki, qurum yüksək vəzifəli şəxslərin səfərlərini ləğv etməklə yanaşı, müxtəlif məkanlarda ikitərəfli görüş və müzakirələrin keçirilməsini, assosiasiya sazişi çərçivəsində birgə tədbirlərin keçirilməsini, hökumətin təqdim etdiyi layihələrin maliyyələşdirilməsini, habelə hüquqi prosedurları dayandırmağı planlaşdırır. 

 

Eyni zamanda, bir sıra gürcü məmurlara qarşı məhdudiyyətlərin tətbiqinin də gündəmdə olduğu bildirilir.

 

Bu tədbirlər təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin iyunun 24-də baş tutacaq görüşündə müzakirə olunacaq.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
oxu24.com

2Mənbələr