AZ

“Fənərbaxça” “Zenit”in hücumçusunu istəyir

“Zenit”in hücumçusu Matteo Kassyerra karyerasını Türkiyə çempionatında davam etdirə bilər. Msport.az “Eksen Sports”a istinadən xəbədr verir ki, “Fənərbaxça” bu yay forvardın keçidini həll etmək istəyir.

Kassyerra azarkeşlərin səsverməsinə əsasən, 2023\2024 mövsümündə Sankt-Peterburq klubunun ən yaxşı futbolçusu seçilib.

Kolumbiyalı hücumçu ötən mövsüm 38 oyunda 24 qol vurub və 7 məhsuldar ötürmə verib. O, 21 qolla Rusiya çempionatının ən sərrast oyunçusu olub.

Kassyerranın “Zenit”lə müqaviləsi 2027-ci ilin yayına kimidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
msport.az

1Mənbələr