AZ

Zelenskinin həyat yoldaşı ağır psixoloji sarsıntı keçirir

Ukrayna lideri Vladimir Zelenskinin həyat yoldaşı Yelena psixoloji cəhətdən tükəndiyini açıqlayıb.  O, bu barədə Britaniyanın “The Daily Telegraph” nəşrinə açıqlamasınsa deyib.

O qeyd edib ki, "elə anlar olur ki, özümü psixoloji tükənmə səviyyəsində hiss edirəm".

Zelenskayanın sözlərinə görə, son vaxtlar o, 19 yaşlı qızı Alexandra və 11 yaşlı oğlu Kirill, eləcə də ümumilikdə ukraynalılar naminə soyuqqanlılığı qorumağa məcbur qalıb.

Ukrayna prezidentinin həyat yoldaşı bildirib ki, onun ən çətin anları gecə yarısı “çətinliklərin öhdəsindən gələ bilməyəcəyi” qorxusu ilə oyananda baş verir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
news365.az

1Mənbələr