AZ

Fransanın Ermənistan üzərindən oyunları - POZUCU VƏ RİYAKAR FƏALİYYƏT

“Fransanın Ermənistanı ciddi şəkildə silahlandırılmasının bir neçə məqsədi var: ilk növbədə sülh sazişinin əldə olunmaması, regionda vəziyyəti yenidən gərginləşdirmək və Ermənistan vasitəsilə öz hərbi mövcudluğunu Cənubi Qafqazda həyata keçirmək. Bundan öncəki Ermənistan və Fransa arasında imzalanmış hərbi texniki sahədə əməkdaşlığa əsasən biz Fransanın Ermənistana bir çox silah sursat tədarükünü müşahidə etmişdik. Burada hava hücumundan müdafiə sistemləri, zirehli texnikalar, eyni zamanda radiolokasiya sistemləri var idi ki, məhz Ermənistana göndərildi. Onların adını müdafiə silahları qoyaraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdılar. Ancaq bu günlərdə məhz Fransa öz riyakar simasını açıq-aydın şəkildə, hansı ki, iki ölkə arasında imzalanmış müqaviləyə əsasən“Caesar” özüyeriyən haubitsalarını məhz Ermənistana tədarükünün planlaşdırıldığı bildirildi. Bu silahlar, əlbəttə, hər hansısa bir müdafiə silahı deyil, hücum təyinatlı, eyni zamanda öldürücü silahlardır. Belə silahların Ermənistana tədarükü əlbəttə, qəbuledilməzdir. Düzdür, mütləq şəkildə düşmənin əldə etdiyi bütün silahları qiymətləndirmək vacibdir”.

Bu sözləri AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Hərbi ekspert qeyd edib ki, sözügedən silahlarin Ermənistan ordusunda qeyri-adi bir üstünlük yaratmasını hesab etmir:

“Çünki Azərbaycan ordusunun arsenalında yetərincə yeni nəsil, silah, sursat və texnika var ki, bəs Ermənistana tədarük olunan bu silahları tez bir zamanda sıradan çıxarması üçün yetərincə potensialı mövcuddur. Bununla yanaşı, elə hesab edirəm ki, artıq Fransanın təkcə silah sursat deyil, eyni zamanda Ermənistanın müdafiə nazirinə fransız hərbçinin müşavir təyin olunması və bir çox erməni hərbçinin Fransada təlimlərə cəlb olunması, Fransa hərbçilərinin Ermənistan ordusuna, təlim keçməsi, hərbi təhsil sistemi ilə bağlı gələcəkdə planları məhz Fransanın yaxşı niyyətinin olmadığını bir daha göstərir. Ermənistan ordusunun yenidən planlaşdırılması, formalaşdırılması və ştat strukturunun məhz fransız ordu modelindəki sistemə uyğun olaraq hazırlanması deməyə əsas verir ki, məhz Fransa getdikcə öz hərbi mövcudluğunu rəsmi olmasa da qeyri-rəsmi olaraq Ermənistanda artırmağa çalışır. Əlbəttə, bu, təkcə Azərbaycan və Türkiyə deyil,həmçinin, digər region ölkələri üçün də ciddi təhdid yaradır. Çox təəssüf ki, bu günə qədər düzdür, müəyyən dildə bunla bağlı fikirlər səslənsə də, ancaq Ermənistana qarşı hər hansı bir ciddi əməli tədbirin həyata keçirildiyini biz müşahidə etməmiş, bununla da paralel olaraq məhz Fransanın belə pozucu və riyakar fəaliyyəti Ermənistanın özü üçün də yaxşı heç bir şey vəd etmir. Əgər Ermənistan havadarlarına güvənərək belə təxribatçı fəaliyyətlərinə davam edərsə, gələcəkdə baş verənlərdən yalnız ermən homandarlarının hərbi siyasi rəhbərliyi məsuliyyət daşıyacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
aznews.az

1Mənbələr