AZ

Rusiya F-16-ları ələ keçirmək istəyir: Bunun üçün inanılmaz mükafat vədi...

Rusiya ABŞ döyüş təyyarəsini ölkəyə təhlükəsiz şəkildə gətirə bilən şəxslərə pul mükafatı və vətəndaşlıq təklif edəcək.

Publika.az xəbər verir ki, Moskva F-16 təyyarələrini zədəsiz ələ keçirmək istəyir. Buna görə də təyyarəni təhvil verən pilotlara 1 milyon dollar (1.7 milyon manat) mükafat verəcəyini bildirib. Eyni zamanda həvəsləndirmək üçün Rusiya vətəndaşlığı vədi də verilib.

Bundan əlavə, F-16-lardan müxtəlif növ raketlər və bombalar aşkar edilərsə, pilotun alacağı mükafat 1 milyon dolları keçəcək.

Qeyd edək ki, ABŞ və İngiltərədə təhsil alan ukraynalı pilotlar bu il F-16 təyyarələrinin Kiyevə çatdırılması ilə ilk hava əməliyyatlarını həyata keçirəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
publika.az

1Mənbələr