AZ

"Uşaqlar dənizdə nəzarətsiz buraxılmamalıdır, şarlara yaxın üzənlərin də batmaq təhlükəsi var" - Video

Artıq çimərlik mövsümü açıq elan edilb. Yayın istisində də hamı sərinləmək üçün dənizə üz tutur. Dəniz də sərinliklə yanaşı, insanlara təhlükə və ölüm də gətirə bilir. Bəs yayı həm istirahət edib, həm də təhlükəsiz qalmaq üçün nə edə bilərik? Pirşağı Sularda Xilasetmə məntəqəsinin dalğıcı, baş çavuş Hicrəddin Cəfərov Bizimyol.info xəbər portalına məsul olduğu ərazidə xidmət apardığı zaman baş verən hallardan danışmaqla yanaşı, dənizdə istirahətə gələnlərə də öz tövsiyyələrini verib. Hicrəddin Cəfərov bildirib ki, küləkli havalarda valideynlər uşaqları dalğalı dənizdə nəzarətsiz buraxır, sonra həyəcanla "uşağım batır" deyə çırpınır. Pirşağı Sularda Xilasetmə məntəqəsinin dalğıcı, baş çavuş Hicrəddin Cəfərov / Foto: İradə Cəlil, Bizimyol.info “Belə bir hadisə olub. Dənizdə saatlarla uşaq axtarmışıq. Sonra uşaq 10 kilometr aralı məsafədə tapılıb. Başqa bir məntəqə bizim məntəqə ilə əlaqə saxlayıb ki, bura belə bir uşaq gəlib çıxıb. Biz gedirik, uşağı götürüb valideyninə təhvil veririk. Dönə-dönə tapşırırıq ki, uşaqlara nəzarət edin. Uşaqları nəzarətsiz buraxmayın. Dalğalı havalarda hər dəfə tapşırılır ki, axınlar güclü olur, dəniz insanı özünə çəkir. çimərlikdə nəzarət nöqtəsi / Foto: İradə Cəlil, Bizimyol.info Dəfələrlə xəbərdarlıq edirik ki, şarlara yaxın getməyin. Şarlar onun üçün nəzərədə tutulub ki, bu nöqtələrdən keçmək təhlükəlidir. Yenə də sözə qulaq asmayıb, gedənlər olur. Pirşağı Sularda Xilasetmə məntəqəsinin dalğıcları / Foto: İradə Cəlil, Bizimyol.info Bəzən güclü dalğa, axın, hava şəraitinin pisliyi ilə əlaqədar oraya qayıqla, skuter vasitəsilə getmək olmur. Ancaq üzə-üzə əlimizdə olan ləvazimatlarla gedib batmaqda olan şəxsi xilas edirik. Bizə də çətin anlar yaşadırlar, özlərinə də”-deyə Hicrəddin Cəfərov bildirib. Baş çavuş Hicrəddin Cəfərov qeyd edib ki, məntəqələrin ərazisinə görə nəzarət olunan ərazi ölçüsü dəyişiklik göstərir. “Tövsiyyə edərdim ki, xilasedici olmayan ərazidə çimmək qətiyyən qadağan edilsin. Çünki onların özünün həyatı üçün böyük bir təhlükədir. Xilasedici olmayan ərazidə çimirlər, axına düşürlər, dalğaya düşürlər, batmaqla üzüzə qalırlar. Bizim ora çatmağımız da vaxt aparır. Biz artıq ora çıxış edəndə bizim öz ərazimizdə də təhlükə yarana bilər. Ona görə də xahiş edirəm ki, harda xilasedici və məntəqələr varsa, orada istirahətlərini etsinlər”-deyə baş çavuş Hicrəddin Cəfərov vurğulayıb. İradə Cəlil, Bizimyol.İnfo

Seçilən
110
bizimyol.info

1Mənbələr