AZ

"Dəniz zarafat sevmir"... "İçkili vəziyyətdə dənizdə çimmək insan həyatı üçün çox təhlükəlidir" - Video

Yay mövsümünün ən ideal istirahəti dənizdə istirahətdir. Sərin su, isti qum və qızmar günəş... Hamı çalışır ki, yayı səmərəli keçirsin, dənizdə istirahət edə bilsin. Bəzi insanlar çimərlik ərazisində alkoqollu içkilər də içir. Elə düşünürlər ki, alkoqollu içkilər dənizdə onlara hansısa təhlükə yaratmaz. Amma sonradan hansısa hadisə baş verəndə bunun əziyyətini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaşayır... Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, Pirşağı Sularda Xilasetmə məntəqəsinin dalğıcı, baş çavuş Hicrəddin Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dənizə istirahət üçün gələnlərin bəziləri içkili halda artıq aqressivləşir və xoşagəlməz davranışlar sərgiləyir. Pirşağı Sularda Xilasetmə məntəqəsinin dalğıcı, baş çavuş Hicrəddin Cəfərov / Foto: İradə Cəlil, Bizimyol.info “Yenə də onları sakitləşdirmək, bizim vəzifə borcumuzdur. Hətta elələri də olur ki, bizə qətiyyətlə qulaq asmır. Biz onu kənardan nəzarətdə saxlayırıq. Həmin şəxs dənizdən uzaqlaşıb gedənə qədər nəzarətdə olur. Təbii ki, bizə çox çətin hallar yaşadırlar. Bu kimi halların olmamasını diləyirik. İçkili vəziyyətdə dənizə girmək olmaz. Dəniz suda yarış üçün deyil. Suda özünü başqalarına nümayiş etmək üçün deyil. Dəniz heç bir zarafatı sevmir. Elementar bir səhvdən insanın həyatına son qoya bilir. Pirşağı Sularda Xilasetmə məntəqəsinin dalğıcları / Foto: İradə Cəlil, Bizimyol.info Dənizə istirahətə gəlirsənsə, müəyyən olunmuş yerə qədər gedə bilərsən. O şarlar da onun üçün qoyulub. Şarların ətrafında çimirsən, rahat sərinlədin istirahətini elədin. Öz evinə salamt getməlisən”-deyə Hicrəddin Cəfərov qeyd edib. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
bizimyol.info

1Mənbələr