AZ

Roberto Baggionun evinə silahlı hücum olub

Bakı,TurkicWorld

Keçmiş İtalyalı futbolçu Roberto Baggionun Caldogno yaxınlığındakı meşəlik ərazidəki evində ailəsi ilə birlikdə İspaniya-İtaliya matçını izləyərkən beş silahlı şəxs tərəfindən qarət edilib.

TurkicWorld xəbər verir ki, soyğunçular Baggio və ailə üzvlərini otağa bağlayaraq, saat, zinət əşyaları və bir qədər pul oğurlayaraq qaçıblar.

Baggionun başına tapançanın qundağı ilə vurulduğu və bu şəkildə yaralandığı bildirilib.

Hadisədən sonra Roberto Baggionun xəstəxanaya aparılıb və alnına tikişlər vurulub. Digər ailə üzvləri isə xəsarət almayıb.

Qeyd edək ki, 57 yaşlı Roberto Baggio 1980-2000-ci illər arasında İtaliya futbolunda “ən yaxşı” 10 nömrələrdən biri hesab olunurdu. Roberto Baggio 1994-cü ildə Braziliyaya qarşı keçirilən Dünya Kubokunun finalında İtaliyanın kuboku itirməsi ilə nəticələnən penaltilər seriyasındakı uğursuzluğu ilə də tanınır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
turkic.world

1Mənbələr