AZ

Moskvada MDB İqtisadi Şurasının iclası olub (FOTO)

Bakı. Trend:

Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında MDB-niniştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlığın geniş spektriməsələləri nəzərdən keçirilib.

Trend xəbər verir ki, iclasda ölkəmizi MDB İqtisadi Şurasınınüzvü, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini YaqubEyyubov təmsil edib.

Nümayəndə heyətlərinin rəhbərləri MDB məkanında iqtisadiqarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsiaparıblar.

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukunsədrliyi ilə keçirilən tədbirdə MDB İqtisadi Şurasının üzvü,Belarus Baş nazirinin müavini İqor Petrişenko, MDB İqtisadiŞurasının həmsədri, Tacikistan Baş nazirinin birinci müavini HokimXolikzoda və başqaları iştirak ediblər.

İclas iştirakçıları MDB ölkələrinin 2023-cü il üçün iqtisadiinkişafının əsas məqsədyönlü makroiqtisadi göstəriciləri haqqındaməlumatı dinləyib və MDB Hökumət Başçıları Şurasının 20 noyabr2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş elmi-texnikiinformasiya sahəsində kadrların hazırlanması, onların peşəhazırlığı və ixtisasının artırılmasının dövlətlərarası sistemininformalaşdırılması və inkişafı Konsepsiyasına dəyişiklik edilməsibarədə qərar qəbul ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasının 2024-cü il sentyabrın20-də Moskva şəhərində keçirilməsi planlaşdırılıb.

Moskvada
Moskvada
Moskvada
Moskvada
Moskvada
Moskvada
Seçilən
132
4
az.trend.az

5Mənbələr