AZ

“Bu, təəccüblü və tamamilə məyusedici idi” – ABŞ Netanyahunun açıqlamalarına reaksiya verib

“Bu, təəccüblü və tamamilə məyusedici idi”.

“AzPolitika” xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-nin son bir neçə ayda ölkəsinə silah və sursat vermədiyi ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

“ABŞ İrandan İsrailə atılan ballistik raketlər də daxil olmaqla, pilotsuz uçuş aparatlarının və raketlərin vurulmasına kömək məqsədilə öz döyüş təyyarələrini bu ölkədə yerləşdirib. İsrailin özünü müdafiəsinə ABŞ-dən çox yardım edən ölkə yoxdur”,-deyə o qeyd edib.

“AzPoltika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
azpolitika.info

1Mənbələr