AZ

Timsah iti, insanlar da timsahı yeyib - Fotolar

Timsah

Avstraliyanın Şimal Ərazisindəki Bulla şəhərində polis timsahı “icma üçün əhəmiyyətli risk” kimi təsvir etdikdən sonra güllələyib. Polis yırtıcı timsahın sudan çıxıb uşaqlara və böyüklərə hücum etdiyini, bəzi insanların itlərini öldürdüyünü bildirib.

Reyting.az
xəbər verir ki, daha sonra yerli ənənəyə uyğun olaraq timsahı bişirərək yeyiblər.

Polis timsahın ənənələrə uyğun olaraq bişirildiyini deyib.

“Ondan timsah quyruğu şorbası və manqal hazırlamaq üçün istifadə olunub. Bir neçə parça banan yarpaqlarına bükülüb və yerin altında bişirilib. Bu, olduqca ənənəvi bir ziyafət olub”, - polis rəsmisi Endryu Makbrayd deyib.



Avstraliyada həm duzlu su, həm də şirin su timsah növləri qorunur. Heyvanların ovlanması 1971-ci ildən federal qanunla qadağan edilib. Bu qanundan sonra timsahların sayında artım olub. Yerli hökumətin məlumatına görə, Şimal Ərazisi hazırda təxminən 100.000 timsahın yaşadığı yerdir. Qonşu Kvinslend və Qərbi Avstraliya ştatlarının şimalında minlərlə müxtəlif növtimsah yaşayır.

Vəhşi təbiət mütəxəssisi Kristen Hay duzlu su timsahlarının uzunluğunun altı metrə və çəkisinin bir tona çata biləcəyini iddia edib. Duzlu su timsahları isə demək olar ki, tapdıqları hər şeyi yeyirlər.

Mütəxəssis sakinləri xüsusilə bataqlıq ərazilərdə diqqətli olmağa çağırıb.



V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
reyting.az

1Mənbələr