AZ

Naxçıvanda qohum evliliklərinin fəsadları müzakirə edilib

 Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qohumlar arasında nikahlarla bağlı ictimai müzakirə keçirilib. Missiya.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və müvafiq sahə üzrə mütəxəssislərin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova xalqımızın ailə dəyərlərindən danışıb. Bildirilib ki, bu gün ölkəmizdə ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilib, uğurla həyata keçirilən sosial-iqtisadi layihələr ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Azərbaycanda ailə, qadın və uşaq siyasətinin əsasını qoyan Heydər Əliyev yolunu və ideyalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daha da gücləndirirlər. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsi gənclərimizə örnək, ən gözəl nümunədir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Kamila Əliyeva və Səmra Əliyeva, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Tibbi genetika üzrə mütəxəssisi Ağarza Ağayev və digər çıxış edənlər qan qohumluğu evliliyinin fəsadlarından danışıblar. Bildirilib ki, Azərbaycan Respublikasında erkən evlilik və qohum nikahları ilə bağlı mövcud olan problemlərin qarşısının alınması məqsədilə Ailə, eləcə də Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinə dair müzakirələr davam edir. Qanun layihəsi yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan problemlərin qarşısının alınması məqsədilə hazırlanıb. Çünki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin riski olduqca yüksəkdir.Erkən və qohum evliliklərinə hüquqi baxımdan son qoyulmalıdır. Bu, cəmiyyət üçün sağlam uşaq, sağlam gələcək formalaşdırmağın düzgün yoludur. Çünki, qohumla qurulan ailələrdə yad evliliklərə nisbətən qüsurlu uşağın doğulma ehtimalı iki dəfə çoxdur. 

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
missiya.az

1Mənbələr