AZ

Məşhur rus aktyor narkotiklə saxlanıldı

Moskvada polis əməkdaşlarının keçirdikləri əmliyyat nəticəsində aktyor Georgi Saqiaşvili saxlanılıb. Onun üzərindən narkotik maddə aşkar edilib.

News365.azxəbər evrir ki, çbu barədə SHOT Telegram kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, maddə marixuanaya bənzəyib, bağlamanın çəkisi 13 qram olub. Eyni zamanda nəşr qeyd edib ki, narkotiklə bağlı polisə aktyorun özü məlumat verib.

Saqiaşvili maşınla iki qızla gedirmiş və sənədlərinin yoxlanılması üçün saxlanılıb. Yol polisi əməkdaşları aktyordan üzərində qadağan olunmuş maddələrin olub-olmadığını soruşublar. Bundan sonra Saqiaşvili əsəbiləşib və onda belə maddələrin olduğunu bəyan edib.

32 aktyor "Sklifosovski" serialında rol alıb. O, həmçinin “Modelsiz agentlik”, “Sıfırdan başlamaq” və “Prometey” seriallarında da rol alıb.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
news365.az

1Mənbələr