AZ

"Mina təhlükəsi azad edilmiş torpaqlara qayıdışa ciddi təsir göstərir"

Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatına son qoymağa davam edir. Dünən və bu gün Cəbrayılda ANAMA-nın bir əməkdaşı Ermənistan tərəfindən yerləşdirilən minaların partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib. 

 

Ermənistanın yaratdığı mina təhlükəsi ilə bağlı Modern.az-a danışan Cəbrayılın millət vəkili Ceyhun Məmmədov bildirib ki, son günlər davamlı olaraq bir çox bölgələrimizdə partlayışların baş verdiyinin şahidi oluruq:

 

“Burada söhbət çox sayda insanımızın həyatını itirməsinə səbəb olan minalardan gedir. Bu özünü uzun müddətdir göstərən bir məsələdir”.

 

C.Məmmədovun sözlərinə görə, məsələnin narahatlıq doğuran digər bir tərəfi isə odur ki, Ermənistan bu günə kimi mina xəritələrini Azərbaycana vermir:

 

“Bu da əlavə problemlər yaradır. Verilən minan xəritələri isə əvvəl də bildirldiyi kimi yararsız və qeyri dəqiqdir. Xəritələrin təhvil verilməməsində iki əsas amil rol oynayır. İlk olaraq Ermənistan bu xəritələri verməkdə maraqlı deyil. Digər bir məsələ bəzi ərazilərdə dəqiq min axəritələrinin olmamasıdır”.

 

Millət vəkili sonda qeyd edib ki, bu hadisələr azad edilmiş torpaqlara qayıdışa da ciddi təsir göstərir:

 

“Əgər mina problemi olmasaydı insanları daha tez zamanda və daha sürətli şəkildə bölgəyə köçürə bilərdik. Belə olduğu halda isə bu proses “Böyük Qayıdış”a mənfi təsir göstərir. Bu səbəbdən də insanlarımızın bölgəyə kğçürülməsi prosesi daha gec baş verir. Hesab edirəm ki, Ermənistan ciddi məsuliyyət daşıyır. Rəsmi İrəvan çalışmalıdır ki, beynəlxalq hüququ pozmasın və bu istiqamətdə real addımları atsın. O halda biz insanlarımız köçməsini daha sürətlə həyata keçirə bilərik”.

 

Rəşid Qarayev

Seçilən
96
modern.az

1Mənbələr