AZ

UEFA-nı onu təhqiramiz fikirlərinə görə cəzalandıracaq

Albaniya millisinin hücumçusu Mirlind Daku Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Xorvatiya millisi ilə (2:2) oyundan sonra makedoniyalıların ünvanına təhqiramiz sözlər səsləndirdiyinə görə cəzalandırılacaq.

Publika.az xəbər verir ki, o, futbolçuların etika və davranış qaydalarını kobud şəkildə pozduğu üçün bir neçə oyunluq diskvalifikasiya olunacaq. Bu barədə AS məlumat yayıb.

Cəzaya əsas səbəb isə Şimali Makedoniya Futbol Federasiyasının Dakunun təhqiredici sözlərinə görə UEFA-ya ciddi şəkildə etiraz etməsi olub. Bundan başqa, albaniyalı futbolçu səhvini etiraf edib.

Daku davranışına görə ictimaiyyətdən üzr istəməyi də unutmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
publika.az

1Mənbələr