AZ

Ermənistanın səfiri ilə İsrail XİN-nin görüş hələlik baş tutmayıb

Ermənistanın

Ermənistanın səfiri ilə İsrail Xarici İşlər Nazirliyində (XİN) görüş hələlik baş tutmayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

“Ermənistan Xarici İşlər Nazirliyi Fələstin Dövlətinin tanınması ilə bağlı bəyanat yayıb və Ermənistan Respublikasının yanaşmalarını, o cümlədən “iki dövlət” prinsipi ilə bağlı təqdim edir. Əlavə ictimai şərhimiz yoxdur. Hazırda İsrail Xarici İşlər Nazirliyində Ermənistan səfiri ilə görüş baş tutmayıb”, - Badalyan qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi Fələstin dövlətinin tanınması ilə bağlı bəyanat yayıb. Fələstin administrasiyası isə öz növbəsində İrəvana təşəkkür edib.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
reyting.az

1Mənbələr