AZ

Balıq tutmağa gedərkən yoxa çıxan 6 yaşlı uşaq kanalda batıb?

Ağdaş rayonunda balıq tutmağa gedərkən itkin düşən 6 yaşlı Adəm Musayevin axtarışları aparılır.

Bununla bağlı Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilir ki, axtarış işlərinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Azyaşlının kanalda batması ehtimal edilir, bu səbəbdən axtarış işləri suda aparılır.

***

Ağdaşda balıq tutmağa gedən uşaq yoxa çıxıb. 

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Ləki kəndində qeydə alınıb. 

2018-ci il təvəllüdlü Adəm Musayev balıq tutmağa gedib və yoxa çıxıb.

Onun axtarışları davam etdirilir. 

(lent.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
avtosfer.az

1Mənbələr