AZ

Narazılıq pik nöqtədə: Bu direktorlar cəzalandırılacaq! 

“Son zəng” çox diqqətçəkən tədbirdir. Bunun üçün həm şagirdlər, həm valideynlər, eyni zamanda müəllimlər və məktəb rəhbərliyi xüsusi hazırlıq görür. Onlar xüsusi nümayişlərlə gündəmə gəlmək və bu özəl anı yaddaqalan etmək üçün əllərindən gələni edirlər. Amma təəssüflər olsun ki, bugün bizim bəzi məktəblərimizdə “Son zəng” proqramı ilə tanış olmayan şəxslər də rəhbər vəzifədə çalışır”. 

Bu fikirləri təhsil eksperti Məzahir Məmmədli “Yeni Sabah”a açıqlamasında bildirib. Ekspert “Son zəng” tədbirində məzunlarla birgə oğru aləminin tərənnümünə həsr edilən mahnı oxuyan məktəb direktoruna və onun bu davranışına münasibət bildirib: 

“Heç şübhə etmirəm ki, sözügedən məktəb direktoru həmin tədbirin proqramı ilə tanış olsa idi, bu halda o cür bayağı musiqilərin “Son zəng”də səsləndirilməsinə imkan verilməzdi. Əfsus ki, hələ də işini bilməyən məktəb direktorları var. Hərçənd ki, onlar son dövrün standartlarına uyğun olan imtahanlardan keçərək bu vəzifəyə çatıblar. Amma belə hallar sübut edir ki, təkcə imtahanda iştirak edərək, müsabiqədə müvəffəq nəticə göstərməklə məktəb direktoru olmaq mümkün deyil. Məktəb direktorunun müəyyən nüfuzu, təsiretmə gücü olmalıdır. Testlərdən keçmək bu problemi həll etmir. Bu kimi xətalı məktəb direktorları ilə müəyyən dövr ərzində vidalaşmaq lazımdır ki, məktəblərə bilikli, bacarıqlı, qabiliyyətli şəxslər rəhbər təyin edilsin”.  SEO Nədir

M.Məmmədli belə tədbirlərin təşkil edilməsində boşluqların olduğunu da açıqlayıb: 

“Məsələyə digər tərəfdən yanaşsaq, cəmiyyət olaraq özümüzdə bir sıra boşluqların yarandığını görmüş olarıq. Bu boşluqları yaradan bugünki efirlər, mətbuatdır. Biz ali təhsil müəssisələrində “varavskoy” musiqilərin dinlənildiyini görsək, sözsüz ki, bu, orta məktəblərə də sirayət edəcək. Artıq belə davranışları özü üçün qəhrəmanlıq sayan məzunlarımız var. Analoji halların qarşısını almaq üçün regional təhsil idarələri məktəb rəhbərliyinin qarşısına tələb qoymalıdır ki, “Son zəng”proqramı təsdiq olunsun. Heç olmasa, məktəb direktoru bilməlidir ki, bu tədbirdə hansı proqramlar yer alacaq. Əvvəlcədən ssenarilərə nəzər yetirib, edilənlərin siyahısına baxış keçirmək lazımdır. Bütün bunlar yerinə yetirilmədiyi üçün bir sıra məktəblərin “Son zəng” tədbirlərində boşluqlar meydana gəlib”. 

Aytac Şahin 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
yenisabah.az

2Mənbələr