AZ

Eddi İsrafilov “Neftçi”yə lazım olmadı - Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan mərkəz yarımmüdafiəçisi Eddi İsrafilov “Neftçi”dən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bakı klubu 31 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Eddi İsrafilov 2022-ci ilin yanvar ayından “Neftçi”də forma geyinirdi. Təcrübəli yarımmüdafiəçi paytaxt klubunda 71 oyuna 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

İsrafilov karyerası ərzində “Albasete”, “Real Mursiya”, “Alkorkon”, “Kadis”, “Kordoba”, “Ximnastik”, “Eybar” və “Qranada” kimi klubların da formasını geyinib.

İspaniyada dünyaya göz açmış İsrafilov 2015-ci ilin mart ayından formasını geyindiyi Azərbaycan millisində 26 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, bu yay Ömər Buludov (“Araz-Naxçıvan”), Rüfət Abbasov (“Şamaxı”) və Turan Vəlizadə (“Araz-Naxçıvan”) də “Neftçi”ni tərk etmişdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
arena.az

1Mənbələr