AZ

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

24 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu: AZ2087008689

Emissiya həcmi: 50,000,000 manat

Nominal qiyməti: 1,000 manat

Hərrac qiyməti: 1,000 manat

İstiqrazların tədavül müddəti: 7200 gün

Faiz dərəcəsi: 3.25 %

Faiz gəlirinin ödəniş müddəti: 180 gündən bir (6 aydan bir)

Anderrayter: “Unicapital İ.Ş” ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Seçilən
133
marja.az

1Mənbələr