AZ

Almaniya nəhəngindən Ferdi Kadıoğluna təklif

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın ulduzu Ferdi Kadıoğlunu heyətinə qatmaq istəyən "Borussiya Dortmund"un futbolçunun transferi üçün təmaslara başladığı iddia edilib.

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb. 

Ötən mövsüm "Çelsi"dən icarəyə götürdüyü Yan Matsenin "Aston Villa"ya keçməyə hazırlaşdığı Almaniya komandası yeni sol cinah müdafiəçisini transfer etmək cəhdlərinə başlayıb. 

Dortmund "Borussiya"sına baş məşqçi təyin olunan Nuri Şahinin bu bölgə üçün Ferdi Kadıoğlunu istədiyi bildirilib.

Məlumatda futbolçu ilə danışıqlar aparıldığı, lakin İngiltərə Premyer Liqa komandalarının da Ferdi ilə maraqlandığı qeyd edilib.

Qeyd edək ki, "Fənərbaxça" ilə 2026-cı ilə qədər müqaviləsi olan Ferdi Kadıoğlu ötən mövsüm 52 matçda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
6
apasport.az

8Mənbələr