AZ

İcra başçılarının müavinlərinin sayı AZALIR

Azərbaycanda artıq bir neçə ildir ki, yerli icra hakimiyyəti başçılarının müavinlərinin sayında azalma müşahidə edilir.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, eyni proses 2023-cü ildə də baş verib. 2023-cü ilin sonunda müavin vəzifəsində çalışanların sayı 200-ə düşüb.

 

Müavinlərin sayı 2022-ci ildə 207, 2020-ci ildə 224 nəfər idi. Onların 67-si qadındır.

 

Yerli icra hakimiyyəti başçılarının müavini vəzifəsi 4-cü təsnifat üzrə inzibati vəzifə hesab edilir. Bu vəzifəni tutanların 31-i Bakı şəhərində, 13-ü Naxçıvan Muxtar Respublikasında, 5-i Sumqayıt şəhərində çalışır. Əksər rayon və şəhərlərdə isə müavin vəzifəsində çalışanların sayı 2 və ya 3 nəfər olur.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
sfera.az

2Mənbələr