AZ

Moskva Vaşinqtonla dialoqa hazır olduğunu bildirdi: Bir şərti var

Rusiya ABŞ-la təhlükəsizliklə bağlı dialoqa o halda hazırdır ki, Ukrayna məsələsi müzakirəyə çıxarılsın.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya dialoqa açıqdır, lakin bütün ölçüləri əhatə edən hərtərəfli dialoqa açıqdır. Üstəlik, Ukrayna məsələsi ilə bağlı ölçü də daxil olmaqla”, o qeyd edib.

Peskov əlavə edib ki, “Rusiya həmçinin Vaşinqtonun Ukrayna münaqişəsində iştirakını müzakirə etməyə də hazırdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
publika.az

1Mənbələr