AZ

Erməni deputat Rusiya və Belarusu ittiham edir

Erməni

“Ermənistanın müttəfiqi yoxdur, biz müxtəlif dövlətlərlə dostluq əlaqələri qururuq və onlarla müttəfiqlik münasibətləri yaratmağa çalışırıq”.

Reyting.az
xəbər verir ki, bunu erməni mətbuatına hakim “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan deyib.

Onun sözlərinə görə, 2010-cu ildən Rusiya Azərbaycan Ordusunu hücum silahları ilə “silahlandıraraq” balansı dəyişməyə başlayıb.

“Biz bu məsələləri qaldıranda Rusiyada bunu biznes adlandırdılar və bizi əmin etdilər ki, onlardan bizə qarşı istifadə olunmasına imkan verməyəcəklər. 2020-ci il müharibəsində bizi unutdular, Rusiya fəaliyyətsiz idi. 44 günlük müharibədə bizə silah və hərbi texnika vermədilər, ancaq müəyyən miqdarda sursat verdilər”, -deputat bildirib.

Q. Melkonyan əlavə edib ki, 2020-ci ildən sonra Rusiya Ermənistana silah verməli idi, pulu alsa da, silah verməyib.

Rusiyanı ittiham edən deputat deyib ki, 2021 və 2022-ci illərdə Azərbaycan hərbçiləri hərəkətə keçəndə rus hərbçiləri Teh kəndinin ərazisini tərk edib və onların yerinə Azərbaycan qoşunları gəlib: “Onlar hücum olacağını bilə-bilə Vayk və Vardenisdən qoşunlarını çəkdilər. Bu bizim müttəfiqimizdir. Digər dövlətlər bizim Rusiya Federasiyası ilə müttəfiq olmadığımızı görən kimi bizimlə hərbi əməkdaşlıq, dostluq münasibətləri qurdular. Söhbət Fransa və Hindistandan gedir. Bundan sonra görürük ki, ABŞ bizə əl uzadır, təhlükəsizlik sahəsində təklif verir, Almaniya bizimlə dostluq münasibətləri qurur. Onlar bizim müstəqil ölkə olmaq istədiyimizi görüb bizimlə dostluq əlaqələri qururlar”, - deyə Melkonyan əlavə edib.

Ermənistan XİN rəhbərinin Belarus müxalifətinin ölkəni tərk edən nümyəndəsi Tixanovskaya ilə görüşünü də şərh edən deputat qeyd edib ki, Ermənistan müstəqil dövlətdir və kiminlə istəsə, görüşlər keçirə bilər.

“Biz müstəqilik. Hər şey əvvəlki kimi deyil, Rusiya bizə kiminləsə görüşməyə icazə verib, verməyə bilməz. Biz dövlət maraqlarımızı rəhbər tutmalıyıq. Belarus isə Azərbaycanın müharibədə qalib gəlməsinə kömək etdiyini bildirib. Ona görə də bu münasibət göstərildi. Rusiyanı da ittiham etdik. O, bizim müttəfiqimiz idi, amma müharibədə bizə kömək etmədi. KTMT hələ də Ermənistanın ərazi bütövlüyünü tanımadığından, sərhədlərin delimitasiyasına çağırır ki, onları tanısın və yalnız bundan sonra müvafiq tədbirlər görsün, biz bu münasibətləri dondurmuşuq və indi delimitasiya aparırıq”, - deyə deputat bildirib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
reyting.az

1Mənbələr