AZ

"Rusiya bu halda Ermənistana sanksiya tətbiq edə bilər" - Politoloq

"Rusiya bu halda Ermənistana sanksiya tətbiq edə bilər" - Politoloq

Paşinyan növbəti dəfə KTMT-nin tədbirinə etinasız yanaşıb və konkret çıxmaq niyyətindədilər. Ermənistan iqtisadi və müdafiə baxımından Rusiyadan asılı bir ölkədir. Paşinyanın Rusiyaya qarşı addımlarına cavab olaraq. Rusiya Ermənistanı müdafiə və iqtisadi yardımlardan məhrum edə bilər?

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Ermənistanın KTMT müqaviləsinə qatılmaması üzvlük haqqını ödəməməsi, Rusiya Ermənistan arasında siyası böhran gətirib çıxarır

"Ermənistanın KTMT müqaviləsinə qatılmaması üzvlük haqqını ödəməməsi, Rusiya Ermənistan arasında siyası böhran gətirib çıxarır. Ermənistan demək olar ki, KTMT-dən çıxıb. Sadəcə olaraq dayandırmalıdır. Ermənistanın bu addımları avrointeqrasiya siyasətindən irəli gəlir. Ermənistan nəinki KTMT-dən, MDB-dən çıxa bilər. Qərbin bu istiqamətdə Ermənistanda ciddi şəkildə dəstəyi var. Rusiya və Ermənistan arasında hərbi əməkdaşlıq Ermənistan tərəfindən durdurulub. Amma avrasiya ittifaqı çərçivəsində iqtisadi əlaqələr qorunub, saxlanılır. Əgər Ermənistan KTMT-dən de-yure çıxarsa, Rusiya Ermənistanla iqtisadi əlaqələrə baxacaq və sanksiyalar tətbiq edəcək. Xüsusi ilə kənd təsərrüfati məhsulları və enerji sahəsində əməkdaşlıq Rusiya tərəfindən dayandırıla bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
sonxeber.az

1Mənbələr