AZ

MBA oyunçusu Olimpiadaya voleybolçu kimi vəsiqə qazandı

Hyuston, Minnesota və Finiks komandalarının keçmiş basketbolçusu Çeyz Badinger Paris Olimpiadasına vəsiqə qazanıb. Badinger Olimpiadaya voleybolçu kimi yollanır.

2017-ci ildə 29 yaşında basketbol karyerasını başa vuran Çeyz həyatında köklü dəyişiklik edərək çimərlik voleyboluna başlayıb. Voleybolçular Çeyz Badinger və Maylz Evans çimərlik voleybolunda ABŞ üçün Paris Olimpiadasında sonuncu vəsiqəni qazanıblar.

Badinger 2016-cı ildə “Finiks Sans”ın tərkibində MBA-nın müntəzəm mövsümündə çıxış edib, 2017-ci ildə isə İspaniyada “Baskoniya”da oynayıb. Daha sonra o, çimərlik voleyboluna keçərək çoxlarını təəccübləndirib. Köhnə zədəsinin təkrarlanması onu basketbol karyerasını bitirməyə məcbur edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
futbolinfo.az

1Mənbələr