AZ

Ermənistan-İsrail qalmaqalına dair yeni AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan XİN-in Fələstin Dövlətinin tanınması ilə bağlı verdiyi qərar qalmaqala səbəb olub.

Belə ki, qonşu ölkənin İsraildəki səfiri Arman Akopyan Tel-Əvibdə Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, erməni diplomat danışıq aparılması və töhmət üçün yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə çağırıllb.

Modern.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi olayla bağlı açıqlama yayıb.

“Fələstin Dövlətinin tanınması ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb, orada “iki dövlət” prinsipi də daxil olmaqla Ermənistanın yanaşmaları təqdim olunub. Əlavə ictimai şərhimiz yoxdur. Hazırda İsrail Xarici İşlər Nazirliyində Ermənistan səfiri ilə görüş olmayıb”, - açıqlamada bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
modern.az

1Mənbələr