AZ

Yeni dəmir yolu Qırğızıstanın Azərbaycanla əlaqə vasitəsi kimi 

Qırğız Respublikasının parlamenti növbədənkənar sessiyasında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin tikintisinə dair sazişi ratifikasiya edib. Sənəd iyunun 6-da pekində imzalanmışdı.

Avtosfer.az xəbər verir ki, 486 kilometrlik yol çətin relyef şəraitində inşa ediləcək. İşlərin 5 il ərzində başa çatdırılması nəzərdə tutulur. Layihənin üçuçi dəyəri 5 milyard dollara yaxındır.
Yeni dəmir yolundan ən çox mənfəət Çinə aid olacaqsa da, qırğız iqtisadçılar və siyasətçilər başqa cür düşünürlər. Onların fikrincə, yeni yol ölkənin Xəzər dənizinə və Azərbaycana, oradan da Avropaya çıxışını təmin edəcək. Bununla da ölkə dənizə çıxışın olmamasının yaratdığı “blokadadan” qurtulacaq. Ən əsası, ölkənin qonşu olmayan türkdilli dövlətlərlə (Azərbaycan, Türkmənistan, Türkiyə) logistika əlaqələri yeni səviyyəyə yüksələcək.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
avtosfer.az

1Mənbələr