AZ

Lui van Qal xərçəng xəstəliyi ilə mübarizə haqda: “Buna alışmışam”

Niderland yığmasının sabiq baş məşqçisi Lui van Qal xərçəng xəstəliyi ilə mübarizəsindən və həyata baxışlarından danışıb.

Arena.az AS dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Xərçəng mənim həyata baxışımı necə dəyişdi? Çox da yox, həqiqi deyirəm Bax, mən doqquz bacı-qardaşdan ibarət ailədənəm. Mən ən kiçiyiyəm. Mənim 11 yaşım olanda atam vəfat edib. 53 yaşında öldü. Digər tərəfdən, birinci həyat yoldaşım 39 yaşında dünyasını dəyişdi. Bütün qardaşlarım isə çox erkən öldülər. Mən ölümə alışmışam. Ona görə də bilirəm ki, ölüm həyatın bir hissəsidir və onunla mübarizə aparmaq olar. Xərçəngə mübtəla olduğumu ilk dəfə eşidəndə dedim: “Olsun, bu, yaxşı xəbər deyil, amma yaxşı olar ki, bununla bağlı nəsə etməyə çalışım. Hər bir insan fərqli qarşılıq verə bilər. Ona görə deyirəm: “Özünüz olun”, deyə Van Qal vurğulayıb.

Həmçinin niderlandlı mütəxəssis cari səhhəti haqda məlumat verib:

“Yaxşı görünürəm? Həmişə çox gənc görünürdüm, gözəl görünməyimin səbəbi budur (gülür). Anam ölürdü və son ana qədər onun üzü çiçək kimi idi. Onun xəstə olduğunu heç kim görə bilmədi. Elə, məndə də eyni fəsad var. Ya da eyni imkan…

Üç ildən azacıq artıqdır ki, şüa, hormon iynələri, əməliyyatlar, kateterlər və sidik torbaları ilə bu xəstəliklə yaşayıram. Bu, inanılmazdır, amma mən bunun öhdəsindən gələ bilərəm. Mən uğur qazandım və bunu hətta son Dünya Kuboku zamanı işləyərkən də bacardım. Hətta düşünürəm ki, məqsədim vardı, çünki dünya çempionatında bunu daha yaxşı bacardım. Məşqçi kimi işləmək prosesində olduğu kimi, xərçəng prosesində də eynisi baş verir – bir məqsəd axtarırsan. Hər iki məsələ ilə məşğul olmaq mənim üçün müsbət idi”, deyə Van Qal bildirib.

Xatırladaq ki, bir neçə il əvvəl Lui van Qalın aqressiv prostat xərçəngindən əziyyət çəkdiyi məlum olub. Göründüyü kimi, niderlandlı mütəxəssis bu bəla ilə ürəkdən mübarizə aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
arena.az

1Mənbələr