AZ

Alman ordusundan tarixi sifariş

Alman ordusu Düsseldorfda yerləşən silah istehsalçısı Rheinmetall-dan 8,5 milyard avro dəyərində tarixi sifariş verib. Alman ordusundan verilən açıqlamada "Alman ordusunun və müttəfiqlərinin ehtiyatlarını yeniləmək və Ukraynaya müdafiə kampaniyasında dəstək vermək" ifadə edilib.

Rusiya-Ukrayna Müharibəsi Avropadakı hökumətləri müdafiə xərclərini artırmağa təşviq edərkən, Alman silah istehsalçısı Rheinmetall, 8,5 milyard avro dəyərində şirkətin tarixində ən böyük sifarişi aldığını açıqladı.

Rheinmetall tərəfindən edilən açıqlamada şirkətin Almaniya ordusundan 8,5 milyard avro dəyərində artilleriya sursatları sifarişi aldığı bildirilib.

Nə qədər 155 millimetrlik top mərmisinin sifariş edildiyi barədə məlumat verilməsə də, gələn il çatdırılmaya başlanmasının planlaşdırıldığı qeyd edilib.

Rheinmetall-ın investor təqdimatına görə, Avropadakı müharibə və Qərb ölkələrində artan müdafiə büdcələri səbəbindən qarşıdakı illərdə daha da güclü artım hədəflənir.

Alman silah istehsalçısının satışlarının 2026-cı ilə qədər hər il orta hesabla beşdə bir artacağı gözlənilir.

2026-cı ildə 13 milyarddan 14 milyard Avroya qədər satış gəliri və 15 faizdən çox əməliyyat mənfəəti hədəfləndiyi halda, Rheinmetall bu il üçün 7,4-7,6 milyard Avro gəlir proqnozlaşdırır.

İsraili silahla təmin edən şirkət tanklar, zenit silahları, hərbi sursat və maşınlar istehsal edir. Şirkət Ukraynanın silah və sursata artan tələbatını qarşılamaq üçün yeni istehsal müəssisələri yaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
kommersant.az

3Mənbələr