AZ

Pxenyan Putinə, Seul Zelenskiyə silah verəcək

Pxenyan

Cənubi Koreya Ukraynaya silah tədarükünün həcmini Rusiyanın KXDR ilə necə əməkdaşlıq etməsindən asılı olaraq müəyyən edəcək.

Reyting.az
“Yonhap” agentliyinə istinadla bildirir ki, bunu Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri Çan Ho-jin deyib.

O, Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putinin müharibə olacağı təqdirdə qarşılıqlı müdafiə müqaviləsi imzalamasından sonra Seulun Ukraynaya silah tədarükü imkanlarına yenidən baxacağını təsdiqləyib.

“Silahların verilməsi üçün müxtəlif variantlar var. Rusiya ilə Şimali Koreya arasında baş verən son hadisələrlə bağlı mövqeyimiz Rusiyanın gələcəkdə vəziyyətə necə yanaşmasından asılıdır”, - deyə rəsmi əlavə edib.

Hökumət mənbələri nəşrə bildiriblər ki, nəzərdən keçirilən potensial silahlar arasında 155 mm-lik artilleriya mərmiləri, həmçinin Ukraynanın ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri var.

Bununla belə, Seul rəsmiləri açıq bəyanatlarda silah növləri ilə bağlı strateji qeyri-müəyyənliyi qoruyub saxlayırlar ki, bu da Moskvaya əsas hərbi texnologiyaları Pxenyana ötürməkdən çəkinmək üçün diplomatik addım kimi qəbul edilir.

Qeyd edək ki, prezident Vladimir Putinin Pxenyana səfəri NATO-ya və ümumilikdə Qərbə açıq düşmənçilik edən nüvə ittifaqının yaradılmasının həyəcanverici əlamətidir. “The Times” yazıb ki, Çinin üstüörtülü xeyir-duası ilə dünya iki güclü nüvə blokunun qarşıdurması ilə yeni “Soyuq Müharibə”yə keçir.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
reyting.az

1Mənbələr