AZ

“Sabah” “Atletiko” və “Real”dan gələn təklifi qəbul etdi

“Sabah”ın U-10 komandası İspaniyanın paytaxtı Madriddə baş tutacaq “MadCup” beynəlxalq turnirinə qatılacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Madrid təmsilçiləri “Atletiko” və “Real”ın təşkilatçılığı ilə keçiriləcək yarışda 5 qitədən müxtəlif ölkələri təmsil edən 90 komanda mübarizə aparacaq.

Savalan Əlizadənin baş məşqçisi olduğu "Sabah" İspaniyanın “Atletiko”, “Pozuelo De Alarkon”, “CDE DR Akademi Sport”, həmçinin ABŞ-nin “Doral” komandaları ilə birlikdə B qrupunda mübarizə aparacaq.

Qruplarda ilk iki yeri tutacaq komandalar qızıl medallar uğrunda mübarizəni davam etdirəcəklər.

Turnirin açılış mərasimi iyunun 24-də, Madriddəki “Metropolitano” stadionunda baş tutacaq. Mərasimdə David Vilya, Fernando Torres kimi futbol ulduzlarının da iştirakı nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
sportinfo.az

1Mənbələr