AZ

Baş hakim: Məqsədimiz bölgələrdə gimnastikanı daha da inkişaf etdirməkdir

Baş

Neftçala, 21 iyun, AZƏRTAC

"Məqsədimiz gimnastika idman növünü bölgələrdə daha da inkişaf etdirməkdir. Bu cür addımlardan biri də Neftçala şəhərində atılır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Neftçalada keçirilmiş aerobika gimnastikası üzrə VIII ölkə çempionatının baş hakimi Lalə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

O, Neftçala ilə yanaşı, digər bölgələrdə də bu cür yarışların keçirildiyini xatırladıb: "Daha əvvəl Şəki şəhərində ölkə çempionatı təşkil edilmişdi. Məqsəd gimnastikanın bu növünü bölgələrə yaymaqdır. Uşaqların da yarışlara marağının böyük olması sevindirici haldır".

Onun sözlərinə görə, bu yarış, həmçinin sentyabr ayında İtaliyada keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır: "Burada iştirak edən gimnastlar özlərini mundiala hazırlayırlar. Ölkə çempionatı bir növ onlar üçün sınaq xarakteri daşıyır".

Qeyd edək ki, aerobika gimnastikası üzrə Azərbaycan çempionatının keçirilməsində məqsəd gələcək ulduzların yetişməsinə və yeni istedadların üzə çıxmasına imkan yaratmaqdır. Azərbaycan Gimnastika Federasiyası bu cür yarışlarla idmançıların peşəkarlığının artırılmasına və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək gimnastların yetişdirilməsinə dəstək olur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
azertag.az

1Mənbələr