AZ

Ralf Ranqnik: “Polşa ilə heç-heçə tərəfləri qane edə bilməz”

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün qrup mərhələsi 2-ci turunda Polşa yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyunun məğzi aydındır. Bu, ələmə oyunudur. Hər iki komandanın qalib gəlmək imkanı yüksəkdir, heç-heçə heç birimizə kömək etməyəcək. Hər şeyin sonda necə olacağı bizim necə çıxış etməyimizdən asılıdır, diqqətimizi isə məhz buna yönəldirik. Hər iki komandanın öz üslubu var. Onların topa sahib olmaqda üç nəfərlik arxa xəttlə və topa malik olmadan beş nəfərlik arxa xəttlə oynamalarını gözləyirik.

Avropa çempionatında əvvəl qarşılaşdığımız İtaliya, Estoniya və ya Serbiya yığmalarının da oxşar yanaşması vardı, ona görə də müdafiə açarında oynayan komandalarla heç vaxt qarşılaşmamışıq. Biz ələmə mərhələsinə çıxmaq istəyirik və həmişə bilmişik ki, bunun üçün qrupumuzda ən azı bir, hətta iki komandanı məğlub etməliyik. Bizim oyun üslubumuz heç-heçəyə hesablanmayıb. Qələbə qazanmaq üçün oynayacağıq”, deyə Ralf Ranqnik qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “D” qrupu çərçivəsində Polşa – Avstriya oyunu bu gün, iyunun 21-də Berlin “Olimpiaştadion”unda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

2-ci tur ərəfəsində “D” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Niderland – 3 xal
  2. Fransa –3 xal
  3. Poşa – 0
  4. Avstriya – 0
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
arena.az

1Mənbələr