AZ

Süni intellektin PROQNOZU: Avropa Çempionatının bugünkü oyunlarında nəticələr necə olacaq? – VİDEO 

Süni intellekt tətbiqi “ChatGPT” futbol üzrə Avropa Çempionatında qrup mərhələsinin II turu çərçivəsində bu gün keçiriləcək oyunların nəticələri ilə bağlı təxminlər irəli sürüb.

Bizim.Media xəbər verir ki, “ChatGPT” sözügedən görüşlərlə bağlı maraqlı proqnozlar verib. 

Süni intellektin proqnozuna görə, E qrupu çərçivəsində bu gün saat 17.00-da başlayacaq Slovakiya-Ukrayna qarşılaşması 2-1 hesabı ilə başa çatacaq. Almaniyanın Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılacaq görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək. 


“ChatGPT”-nin təxmininə görə günün ikinci matçında Polşa Avstriyanı 2-1 hesabı ilə məğlub edəcək. D qrupu çərçivəsində oynanılacaq bu görüş saat 20.00-da start götürəcək. Berlin Olimpiya Stadionunda keçiriləcək oyunu türkiyəli baş hakim Halil Umut Meler idarə edəcək.
 


Günün maraqla gözlənilən Niderland-Fransa oyunu ilə bağlı süni intellektin təxmini isə daha çox diqqət çəkib. Belə ki, “ChatGPT” saat 23.00-da start götürəcək oyunda Niderlandın Fransanı 2-0 hesabı ilə məğlub edəcəyini proqnozlaşdırır. Leyptsiq şəhərindəki “Red Bull Arena” stadionunda keçiriləcək oyunu ingiltərəli baş hakim Entoni Teylor idarə edəcək. 
 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
bizim.media

2Mənbələr