AZ

“Ermənistanı “ukraynalaşdırmaq” istəyirlər“ -Surenyanç

Erməni politoloq Suren Surenyanç ölkəsində yaşanan siyasi xaosdan gileylənib.

News365.az xəbər verir ki, o, "Mamul"a açıqlamasında parlamentdə keçirilən yeni dinləmələri sərt şəkildə pisləyib.

“Avronikolların" Milli Assambleyada təşkil etdiyi şouya gəlincə, mən açıq şəkildə deməliyəm ki, biz Ermənistanın “ukraynalaşdırılmasına” imkan verməyəcəyik. Eyni zamanda heç ölkəmizin  “belaruslaşdırılması”nı da qoymamalıyıq”, - o qeyd edib. Poitoloq Ukrayna misalını ona görə gətirib ki, Qərbə doğru açıq istiqamət alan Kiyev sonda Rusiya tərəfindən açıq şəkildə cəzalandırıldı.

Xatırladaq ki, Milli Assambleyada “Ermənistanın Avropa İttifaqına üzvlük ərizəsi ilə bağlı referendumun keçirilməsi təklifi” mövzusunda parlament dinləmələri keçirilir. Təklif "Ermənistan Avropa Partiyası", "Respublika Naminə", "Xristian Demokrat" və "Respublika" partiyaları tərəfindən irəli sürülüb.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
news365.az

1Mənbələr