AZ

Beren Saatdan Kənan Doğulu açıqlaması

2014-cü ilin iyul ayında Los-Ancelesdə ailə quran,  xoşbəxt münasibətlərini davam etdirən cütlük Kənan Doğulu və Beren Saat cütlüyünün məşhur müğənnisi ötən həftə qonaq olduğu proqramda həyat yoldaşı haqqında sevgi dolu sözlər deyib.

News24.az xəbər verir ki, Beren Saatla necə tanış olduqlarını açıqlayan Kənan Doğulu, "Əslində bir məclisdə tanış olduq. Amma Yılmaz Ərdoğan və Belçim (Bilgin) kimi dostlarımız bizi bir araya gətirməyə çalışırdılar. Tanış olduğumuz an dünya mənim üçün dayandı. Sevgilimə bağlandım. O görüşdən 12 il keçdi. 2 il sevgili idik, 10 ildir ki, evliyik" deyib.

Münasibətlərinin necə getdiyini açıqlayan Doğulu, "Çox yaxşıyıq. Əhval-ruhiyyəmiz yaxşıdır. Artıq bəzi şeylərin öhdəsindən gəldik. Bir-birimizi anlayırıq, bir-birimizə qayğı göstəririk. O, mənim ən yaxın dostum oldu. Bizim münasibət həmişə sevgi səviyyəsindədir və onu belə saxlamaq çox vacibdir”.

Ötən gün Harbiye Open Air-də çıxış edən Kənan Doğulunu tək qoymayan Beren Saat həyat yoldaşının açıqlamalarından danışıb.

Beren Saat Doğulunun açıqlamaları ilə bağlı bunları deyib:

"Təbii ki, fəxr etdim. Onun belə deməsinə bir az təəccübləndim. "Vaxt mənim üçün dayandı" deməsi məni çox sevindirdi. Özünü yeniləyən bir sevgimiz var. Xoşbəxtəm, özümü şanslı hiss edirəm".

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
news24.az

1Mənbələr