AZ

Tacikistanda uşaqlara İslam bayramlarını qeyd etmək qadağan edildi

Əksəriyyətinin müsəlman olduğu Tacikistanda parlament iyunun 19-da hicabın qadağan olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

"Cebhe.info" xəbər verir ki, Tacikistan parlamentinin yuxarı palatası iki İslam bayramı olan Qurban Bayramı və Uraza Bayramı (Ramazan) günlərini azyaşlılara qeyd etməyi qadağan edib.

Parlament tərəfindən qəbul edilən qanun layihəsi dünən Tacikistan Prezidenti Emomali Rəhman tərəfindən imzalandıqdan sonra qüvvəyə minib.

Qanun “milli dəyərləri qorumaq üçün tacik mədəniyyətinə uyğun olmayan xarici mədəniyyətlərdən olan paltarların geyinilməsini, idxalını, satışı və reklamını” qadağan edir.

Qanuna əməl edilmədiyi təqdirdə, fiziki şəxslər 740 dollara qədər, qurumlar isə 5400 dollara qədər, dövlət məmurları 3700 dollara qədər, dini qurumlar isə 5060 dollar civarında cərimələnəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
cebheinfo.az

1Mənbələr