AZ

ABŞ-ın tələbi ilə Monteneqroda Rusiya vətəndaşı saxlanılıb

ABŞ-ın tələbi ilə Rusiya vətəndaşı saxlanılıb, Rusiya konsulluğuna bildiriş daxil olmayıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsinin vitse-prezidenti İvan Melnikov Monteneqrodakı İnsan Hüquqları üzrə Müvəkkili Sinişa Bjekoviçə müraciətində bildirib.

 

“Biz ABŞ hakimiyyətinin tələbi ilə Monteneqro ərazisində Rusiya vətəndaşının həbs edilməsi barədə mediadan öyrəndik”, - o qeyd edib.

 

Melnikov əlavə edib ki, hazırda insidentlə bağlı əlavə məlumat yoxdur.

 

Onun sözlərinə görə, ümumi qəbul edilmiş standartlara görə, vətəndaş saxlanılan zaman tutulduğu andan üç gün müddətində onun tutulması və ya saxlanılması barədə konsulluğa bildiriş göndərilir. Melnikov bildirib ki, Rusiya tərəfi heç bir müvafiq bildiriş almayıb.

 

Bundan əvvəl Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov Rusiya Federasiyasının Monteneqrodakı Mədəniyyət Mərkəzinin fəaliyyətini tamamilə dayandırdığını bəyan edib.

 

Bundan əvvəl rusiyalı diplomat Rumıniyada persona non-qrata elan edilib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
oxu24.com

1Mənbələr