AZ

"Bunları görəndə məni ağlamaq tutdu" - Şeyx Əbdül

“Özbəkistanda çox maraqlı görüşlərimiz oldu. Orda Əlişir Usmanov adlı özbək milyarder var. Təsəvvür edin, Özbəkistan kinostudiyasını ona həvalə ediblər və o, onu yenidən qurur. Bunları görəndə məni ağlamaq tutdu. O, indi böyük filmlərə başlayır. Dövlət bütün kinonu ona etibar edib”.

Bunu Bakupost.az -a açıqlamasında bir qrup mədəniyyət xadimi ilə Özbəkistana səfərdən qayıdan Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

Onun sözlərinə görə, Azərbaycanda hələ də illərdir ki, kinoya çəkilən xərcdən vergi tutulur:

“Bizdə Sovet hökumətindən qalan 20 faiz vergini tuturlar. Bununla bağlı dəfələrlə Nazirlər Kabinetinə müraciət etmişik, amma bir tədbir görən yoxdur. Bu verginin ləğv edilməsini istəyirik. Qapıları döyürük, kino çəkmək üçün kimsə bizə vəsait verir, ondan da vergi tuturlar. Ulu Öndər Heydər Əliyev bizə aylıq pul ayırıb ki, kinoçular dolansın, amma ondna da vergi tuturlar. Hələ biz durub kinonun bərpasından danışırıq”.
Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
bakupost.az

1Mənbələr