AZ

Hindistan nəhəng kriptobirjanı cərimələdi

Hindistanın Maliyyə Kəşfiyyat İdarəsi (FIU) dünyanın ən böyük kriptovalyuta birjası "Binance"ı ölkənin çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarını pozduğuna görə 2,25 milyon dollar cərimələyib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Business Line" nəşri yayıb.

Nəşrin yazdığına görə, pozuntular "Binance" bu ilin mart ayında Hindistandakı fəaliyyəti haqqında hesabat vermək və çirkli pulların yuyulmasına qarşı yerli qanunları pozmamaq öhdəliyi ilə FIU-da qeydiyyatdan keçdikdən sonra aşkar edilib.

May ayında Kanada səlahiyyətliləri kriptovalyuta ticarətində qanunsuz gəlirlərin yuyulmasına görə "Binance"ı 4,38 milyon dollar cərimələyib. Elə həmin ay "Binance"ın keçmiş icraçısı "Changpeng Zhao" çirkli pulların yuyulması əməliyyatlarında və ABŞ qanunlarını pozmaqda təqsirli bilinərək ABŞ-da 4 aylıq həbs cəzasına məhkum edilib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
musavat.com

1Mənbələr