AZ

Ballak ingilisləri tənqid etdi - Onlarda yaradıcılıq çox azdır

"Bavariya", "Çelsi" və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Maykl Ballak Qaret Sautqeytin rəhbərliyi altında İngiltərə millisinin AVRO-2024-dəki çıxışını tənqid edib.

90deqiqe.Az bu barədə “Die Welt”ə istinadən xəbər verir.

“İngiltərənin oyunundan məyus oldum. Onlarda yaradıcılıq çox azdır. Çox mövqeli oynayırlar. Hətta mövqe dəyişikliyi baş verir, sistemdə heç bir dəyişiklik yoxdur.Onların düzgün mövqeləri yoxdur. Baş məşqçi oyun tərzini dəyişmir. Sadəcə mövqeləri dəyişmək kifayət deyil”

Xatırladaq ki, İngiltərə yığması Avro-2024-ə Serbiya üzərində qələbə (1:0) ilə başlayıb. Qrup mərhələsinin 2-ci turunun matçında ingilislər Danimarka ilə qarşılaşıb. Oyun bir gün əvvəl, iyunun 20-də Frankfurtdakı Deutsche Bank Park stadionunda baş tutub və 1:1 hesabı ilə heç-heçə başa çatıb. İki turdan sonra İngiltərə dörd xalla C kvartetinin qrup mərhələsində liderdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
90deqiqe.az

1Mənbələr