AZ

Ermənistanda xüsusi təyinatlılar qondarma rejimin "nümayəndəliyinə" daxil olublar - VİDEO

Ermənistanda xüsusi təyinatlılar qondarma rejimin "nümayəndəliyinə" daxil olublar.

Ednews Ermənistan mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları "nümayəndəliyin" qapılarını sındıraraq içəri daxil olublar.

Polis Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə edib.

İstintaq Komitəsinin nümayəndəsi avtomobilin cinayət işi çərçivəsində müsadirə edildiyini vurğulayıb.

Qeyd edək ki, iyunun 7-də polis Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə etmək üçün "nümayəndəliyə" girməyə cəhd etmişdi.

Əkbər Novruz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
ednews.net

1Mənbələr