AZ

"Ölkədə kredit təklifi həyata keçirən qurumların sayı nə qədər çox olsa, iqtisadiyyat üçün faydalı olar"

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti adını və təşkilati-hüquqi formasını dəyişir. Yerli KİV-in məlumatına görə, bank adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir. Bankların BOKT-a çevrilməsi bank sektoruna necə təsir edir, bankın əməkdaşlarına və müştərilərinə onların kredit, ipoteka, əmanət və səhmlərinə hansısa təsiri olurmu? Başqa bankların da bu addımı atacağı gözlənilirmi? İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bidirib ki, “Naxçıvanbank”ın bank olmayan kredit təşkilatına çevrilməsi məsələsinə, ümumiyyətlə bankların iflas olub sıradan çıxmasındansa, onların ya bank olmayan kredit təşkilatına çevrilmələri, ya da bir neçə bankın öz aralarında sözləşməyə gedərək birləşmələri və s. daha məqsədə uyğundur. Yəni “Naxçıvanbank”ın da BOKT-a çevrilməsi əslində onun bağlanmasından daha yaxşı variantdır. Pərviz Heydərov “Bankların bank olmayan kredit təşkilatına çevrilməsi, əlbəttə ki, bank fəaliyyətinin aradan götürülməsi deməkdir. Və sözü gedən qurumun yalnız kredit verən və kredit təklif edən bir tərəfə çevrilməsi mənasını verməkdədir. Ölkədə kredit təklifi həyata keçirən qurumların sayı nə qədər çox olarsa, iqtisadiyyat üçün əlverişli nəticələr verə bilər”-deyən iqtsadçı hesab edir ki, Azərbaycanın bank sektorunda “Naxçıvanbank”dan da başqa bir sıra banklar var ki, onların gələcəkdə bank olmayan kredit təşkilatına çevrilmələri və yaxud da öz aralarında birləşməyə getmələri məqsədə uyğun hesab edilir. Bu mənada bankların bank olmayan kredit təşkilatına çevrilməsi bank sektorunun xırda zərərli banklardan xilas olmasına yol açılması deməkdir və onların yenidən təşkil olunaraq qurulması mənasını ifadə etməkdədir. Bu, həm də, bank olmayan kredit təşkilatına çevrilmə və bank fəaliyyətinin aradan götürülməsi ləğv olunması deməkdir. Amma onun tamamilə sıradan çıxarılması demək deyil. Bu səbəbdən də, bu variant bankların tamamilə silinməsi və müflis olaraq sıradan çıxması amili ilə müqayisədə daha sərfəli fəaliyyətdir. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
bizimyol.info

1Mənbələr