AZ

Kehat: “Bu, “Sabah”ın lehinə işləyən amil ola bilər”

“Maraqlı matç ola bilər. Hər iki komanda yaxşı heyətə malikdir” – bunu futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehat deyib.

İsrailli futbolçu Konfrans Liqasının birinci təsnifat mərhələsində “Sabah” – “Makkabi” (Hayfa) cütündən danışıb. O, sabiq komandasının son illərdə formada olduğunu bildirib: “Hayfa klubu son illərdə uğurlar qazanır. Avrokuboklarda adlarından söz etdirə bilirlər. Əla komandadırlar. Amma bir məsələ var ki, onlar hazırda öz stadionlarında çıxış etmir. Bu, “Sabah”ın lehinə işləyən amil ola bilər. Futbolda hər şeyin mümkün olduğunu görürük. Ona görə də Azərbaycan təmsilçisinin şansları var”.

32 yaşlı oyunçu “Sabah”ı hamı şanssız hesab edir, bununla razısız” sualına isə belə cavab verib: “Bəli, “Makkabi” güclü komandadır. Məsələn, keçən il bu komandadan xeyli futbolçu ayrılmışdı. Amma onlar yenə də əla nəticə göstərə bildilər. Lakin oyundan öncə hər zaman şanslar 50-50-yədir”.

Qeyd edək ki, Roi Kehat 2016-2019-cu illərdə “Makkabi”nin şərəfini qoruyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
futbolinfo.az

1Mənbələr