AZ

FETÖ terrorçuları Baydenə məktub yazdı: Nə istəyirlər?

Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişinə cəhdin 8-ci ildönümünə bir neçə gün qalmış FETÖ terror qruplaşmasının üzvləri ABŞ prezidenti Co Baydenə məktub yazaraq kömək istəyiblər.

Publika.az xəbər verir ki, məktubda FETÖ-çülər çevriliş cəhdindən sonra pis rəftardan şikayətləniblər. Onlar kürd tərəfdarı Sülh və Demokratiya Partiyasının lideri Səlahəddin Dəmirtaş, hüquq müdafiəçisi Osman Kaval və digərlərinin həbsindən narazılıqlarını ifadə ediblər. Türkiyə hökumətinə təzyiq göstərilməsini xahiş ediblər.

Məktub müəllifləri həmçinin Amerika liderindən FETÖ fəallarının Türkiyəyə qayıtmasına və yoldaşlarının həbsdən azad edilməsinə kömək etməsini istəyiblər.

O da bildirilir ki, Baydenə müraciət edən Gülənçilər məktubu hələ dərc etməyiblər, lakin “Baydenə təsiri gücləndirmək” üçün imza toplamağa başlayıblar.

Terror təşkilatının lideri Fətullah Gülənin səhhətinin pisləşməsindən sonra son vaxtlar FETÖ daxilində daxili qarşıdurmalar daha da şiddətlənib. Bəzi mənbələr hətta onun oğurlanaraq öldürüldüyünü bildirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
publika.az

2Mənbələr